"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV
Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.
“Yolların bərbad halda olmasına görə maşın sıradan çıxır, “peredok” dağılır”, – sürücülərdən biri söyləyib.
Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür:
“Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda “Qurtuluş 93” MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.
Тег #Masazır qəsəbəsi используется
- Abşeronda müğənni sevgilisi tərəfindən döyülüb? - Baku TV
- Masazırda iki qadın amansızlıqla qətlə yetirildi | Mühafizə orqanları hərəkətə keçdi - ANA XƏBƏR
- Masazırda qandonduran qətl | Hadisə şahidi də amansızlıqla öldürüldü? - Baku TV
- Masazır sakini dəm qazından boğularaq həyatını itirdi - Baku TV
- "15 evin kanalizasiyası buraya axır" | Çirkab suda "üzən" evlərdə dəhşətli vəziyyət - Baku TV
