Выбрать плеер:
"Hər yer suyun içindədir, artıq batıb" | Sakinlər çətin durumda | Kürün səviyyəsi qalxdı - Baku TV
Bir neçə gün davam edən qar və yağışdan sonra ölkə ərazisindəki çaylarda sululuq səviyyəsi artıb.
Zərdab rayonunun Əlibəyli kəndində çayın sahil zolağında tikilən evlər, həmçinin əkin sahələri su altında qalıb.
Sakinlərin sözlərinə görə, suyun səviyyəsi hər gün artır və belə davam edərsə, kənd üçün təhlükəli vəziyyət yaranacaq.
“İki ev artıq suyun içindədir. Ev sahiblərinin heyvanları da bayırda qalıb. Kənd əhalisinin əkin sahələrini də su basıb”, – deyə sakin Hüseyn Mikayılov narazılığını bildirib.
“Evin hər tərəfi sudur. Son üç həftədə su qapımızın qarşısına qədər gəlib çıxıb, aşağı düşə bilmirik. Heç kim problemimizlə maraqlanmır”, – başqa bir sakin deyib.
Скопировано
Тег #Zərdab rayonu используется
- Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb
- 5 günlük körpə vəfat etdi | Ailədən həkimə qarşı dəhşətli iddia - Baku TV
- "Uşaqları çiyində aparırlar" | Zərdabda kənd sakinlərini bezdirən problem - Baku TV
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Zərdabda dəhşət: 22 yaşlı qızı qaçıran şəxslər saxlanıldı
