Выбрать плеер:

Bəzi dərslər onlayn formada keçirilə bilər | Tələbələrin onlayn dərslərə münasibəti - Baku TV

18 апреля 2026 181 просмотров

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ali təhsillə bağlı yeni və müzakirələrə səbəb olan təkliflə çıxış edib. Belə ki, universitetdə mühazirə dərslərinin distant formada təşkil olunması planlaşdırılır.

Universitetin prorektoru Eldar Aslanovun fikrincə, tələbələrin hər gün universitetə gəlməsi və bütün dərslərin ənənəvi formada keçirilməsi mütləq deyil:

"Ənənəvi təhsilin metodiki və kommunikasiya baxımından uyğun olan hissələrinin distant təşkili nəzərdə tutulur. Pedaqoji Universitet bunu öz fəaliyyət planına daxil edir. Hazırda təkliflərin hazırlanması prosesi gedir. Fəaliyyət planımız təsdiq olunduqdan sonra qarışıq təlim modelinin gələn tədris ilindən tətbiqinin mümkünlüyü ilə bağlı əsaslandırılmış təkliflərimizi Elm və Təhsil Nazirliyinə təqdim edəcəyik".

Təkliflə bağlı yaranan əsas suallardan biri hansı fənlərin rəqəmsal formada tədris olunacağı və bu formatın gələcək müəllimlərin praktik bacarıqlarına necə təsir edəcəyidir.

Eldar Aslanov bildirib ki, bu məsələdə peşəkar yanaşma tətbiq olunacaq:

"Gələn tədris ilində hansı fənlərin məsafədən tədris olunmasının mümkünlüyünə ixtisas kafedraları və mütəxəssislər tərəfindən baxılacaq. Elə mövzular var ki, mühazirə dərsi olmasına baxmayaraq, məzmun baxımından mütləq əyani formada keçirilməlidir".

Yeni modellə bağlı tələbələrin fikirləri fərqlidir.

“Bu, işləmək və ya əlavə kurslara getmək istəyən tələbələr üçün çox uyğundur. Hər gün universitetdə olanda bunlara vaxt qalmır”, – onlardan biri söyləyib.

Digər bir tələbə isə onlayn formatın motivasiyaya mənfi təsir etdiyini qeyd edib:

“Onlayn şəkildə dərs oxuyanda dərsə həvəsim qalmır”.

Ekspertlər hesab edirlər ki, dərslərin bir hissəsinin distant formaya keçirilməsi tələbələrin həm vaxtına qənaət edə bilər, həm də maddi xərclərini azaldar. Lakin yeni tədris modelinin müsbətlə yanaşı, mənfi tərəfləri də ola bilər.

Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, əsas risk təhsilin keyfiyyətinin aşağı düşmə ehtimalı ilə bağlıdır:

"Əgər tələbə özünüidarəetmə bacarıqlarına malik deyilsə və onlayn dərslər formal xarakter daşıyırsa, biliklərin mənimsənilməsi səviyyəsi kifayət qədər aşağı düşə bilər".

"Bunu etmək çox çətin idi, atam deyirdi ki..." | İmtahanda maksimum nəticə göstərən şagird

"Bunu etmək çox çətin idi, atam deyirdi ki..." | İmtahanda maksimum nəticə göstərən şagird

Cəmiyyət
21 апреля 2026 181 просмотров
"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV

"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
Bakı metrosunda nələr yaşandı? - Rəsmi açıqlama | Son vəziyyət necədir? - Baku TV

Bakı metrosunda nələr yaşandı? - Rəsmi açıqlama | Son vəziyyət necədir? - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
"3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV

"3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
Bakı metrosu niyə bağlandı? | Baş verənlərlə bağlı rəsmi açıqlama - Baku TV CANLI

Bakı metrosu niyə bağlandı? | Baş verənlərlə bağlı rəsmi açıqlama - Baku TV CANLI

Cəmiyyət
21 апреля 2026 181 просмотров
"Allah bütün qaçqınlara bunu qismət etsin" | 92 ailə doğma yurda qovuşur - Baku TV

"Allah bütün qaçqınlara bunu qismət etsin" | 92 ailə doğma yurda qovuşur - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
"Hər yer suyun içindədir, artıq batıb" | Sakinlər çətin durumda | Kürün səviyyəsi qalxdı - Baku TV

"Hər yer suyun içindədir, artıq batıb" | Sakinlər çətin durumda | Kürün səviyyəsi qalxdı - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
"28 May"ın qarşısı bu dəqiqələrdə | Əməkdaşımız yeni məlumatları açıqladı - Baku TV

"28 May"ın qarşısı bu dəqiqələrdə | Əməkdaşımız yeni məlumatları açıqladı - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
Sərnişinlər metroya buraxılmır: Metroda nə baş verir? - Baku TV CANLI

Sərnişinlər metroya buraxılmır: Metroda nə baş verir? - Baku TV CANLI

Cəmiyyət
21 апреля 2026 181 просмотров
Sərnişinlər niyə metroya buraxılmır? - Bütün stansiyalar boşaldıldı | "28 May"dan bağlantı - Baku TV

Sərnişinlər niyə metroya buraxılmır? - Bütün stansiyalar boşaldıldı | "28 May"dan bağlantı - Baku TV

Cəmiyyət
21 апреля 2026 181 просмотров
Выбранные
icon