"Xəbərsiz gətirib qoyub!" - Qalmaqal: qonşular kişinin əməlinə dözmədi: "4-5 gündür ki..." - Baku TV
Nərimanov rayonu, Təbriz küçəsi 100A ünvanında yerləşən dördmərtəbəli binanın girişində sakinlərdən birinin icazəsiz şəkildə quraşdırdığı konstruksiya bina sakinlərinin narazılığına səbəb olub.
Onların sözlərinə görə, həmin şəxs digər qonşulara məlumat vermədən blokun giriş hissəsində dolab tipli bir qurğu hazırlayıb.
Sakinlərdən biri bildirir ki, etirazlardan sonra tikinti işləri dayandırılsa da, konstruksiya bir neçə gündür olduğu kimi qalıb: “Bir həftə idi orada iş gedirdi. Dedilər sökəcəyik, amma hələ də sökülməyib”.
Başqa bir sakin isə bu addımı müsbət qiymətləndirib. Onun fikrincə, həmin yerin nəzarətsiz qalması müxtəlif xoşagəlməz hallara yol açırdı: “Biri girib pivə içirdi, biri nəşə çəkirdi. Əgər nəzarətdə olacaqsa, bu yaxşı addımdır”.
Məsələ ilə bağlı ərazi üzrə 114 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, Baku TV-nin çəkilişindən sonra əməkdaşlar tərəfindən sözügedən konstruksiya sökülüb və ərazi təmizlənib.
Тег #Nərimanov rayonu используется
- "O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV
- "Bizi aldatdılar!" | Evlərinin yerində bina tikdilər, indi nə pul verirlər, nə də... - Baku TV
- "O divar da düşəcək" | Fasadı uçan binanın sakinləri narahatdır - Baku TV
- Güclü külək Bakıda bir sıra fəsadlara səbəb oldu - Baku TV
- "Yol təmiz olmalıdır" | Piyada səkisində tikilən obyekt narazılıq yaratdı - Baku TV
