Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd
“Gör nələri qaytarmışıq” verilişinin budəfəki buraxılışı Xocavənd rayonuna həsr olunub.
Bölgənin qədim tarixi bəşəriyyətin ilkin məskənlərindən sayılan və 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilən Azıx mağarasına gedib çıxır. Burada 1968-ci ildə aşkar edilən qədim insana məxsus alt çənə sümüyü Azərbaycanın bəşər sivilizasiyasının ilkin məskənlərindən biri olduğunu dünyaya sübut etdi.
Əsrlər boyu alban məbədlərini və zəngin mədəniyyət izlərini qoruyan bu strateji ərazi 1988-ci ildə başlayan Ermənistanın hərbi təcavüzünün əsas hədəflərindən birinə çevrildi. 1992-ci il oktyabrın 2-də Xocavənd işğal edildi, əhali didərgin düşdü, abidələr dağıdıldı.
Lakin 2020-ci ilin payızında şanlı Azərbaycan Ordusu Azıx mağarasının çoxəsrlik yaddaşını özünə qaytardı. Xüsusilə, 2020-ci ilin oktyabrında Hadrutun azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Xocavənd tamamilə azad edildi.
Тег #Xocavənd используется
- “Müharibə iştirakçısıyam, 3 aydır buradayıq” | Xocavəndə qayıdan sakinlər danışdı - Baku TV
- "Uşaqlığımdan çox istəyirdim ki, bura gəlim" | Baku TV Xocavənd sakinlərinin qonağı oldu - Baku TV
- Xocavənd şəhərinə növbəti köç prosesi baş tutdu - Baku TV
- Xocavəndə növbəti köç baş tutub | Yerli sakinlər öz təəssüratlarını paylaşdı - Baku TV
- Ağdam və Xocavənd şəhərlərinə qayıdan sakinlər hisslərini bölüşdü - Baku TV
