"2 övladım imkansızlıqdan..." | Ailənin müraciəti ilə bağlı aidiyyəti qurumdan açıqlama - Baku TV
Quba rayon sakini olan Əlişanovlar ailəsi aldıqları ünvanlı dövlət sosial yardımın dayandırılmasından şikayətçidir.
Ailə başçısı Baloğlan Əlişanov bildirir ki, qeydiyyatda rayonun Söhüb kəndində olsalar da, işsizlik və ağır yaşayış şəraiti səbəbindən bir neçə ildir Bəhrəli kəndində məskunlaşıblar.
Beş övlad böyüdən ailə Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.
Baloğlan Əlişanovun sözlərinə görə, 2019-cu ilə qədər iki dəfə ünvanlı dövlət sosial yardımı alıb. Hazırda isə beş azyaşlı övladı olmasına baxmayaraq, etdiyi müraciətlərə imtina cavabı verilir.
“Deyirlər ki, qeydiyyatın Söhüb kəndindədir. Mən isə hazırda Bəhrəli kəndində yaşayıram. Söhüb kəndində yaşamaq mümkün deyil. Həm yol, həm də iş yoxdur. Orada mənə məxsus yalnız yararsız vəziyyətdə olan bir ev var və yaşayış üçün uyğun deyil. Bir müddət kirayədə qaldım, maddi imkanım olmadığından ev sahibi mənə öz evində qalmağa icazə verdi. Artıq dörd ildir burada yaşayıram. Yoxlama gələndə də məhz bu ünvanda yaşadığımız təsdiqlənir.
2024-cü ilin sentyabrın 1-dən mənə aylıq 555 manat ünvanlı dövlət sosial yardımı təyin edilmişdi. Lakin 2025-ci il yanvarın 1-dən bu yardım dayandırıldı. O vaxtdan bu günə qədər haraya müraciət edirəmsə, nəticəsi olmur.
Mən gələcəyin iki əsgərini böyüdürəm. Amma bu gün nə uşaq pulu alıram, nə də sosial yardım. Maddi çətinlik səbəbindən övladlarımdan ikisi təhsildən kənarda qalır. Onlardan biri 9, digəri isə 7 yaşındadır. Sadəcə, imkansızlıq üzündən onları məktəbə göndərə bilmirəm”, – deyə Baloğlan Əlişanov bildirib.
Тег #Quba используется
- Quba və Şəkidə leysan yağışlar fəsadlara səbəb olub - Baku TV
- "Biri yerli-dibli tapılmadı" | Sel əhalinin gününü qaraltdı: "Maşınlar qalıb o tayda" - Baku TV
- Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb
- “Hamısı yanıb gedib” | Qubalı fermerlər çıxılmaz vəziyyətdə qaldı - Baku TV
- Quba-Tüləkəran yolundakı çökmə səbəbindən kəndlərə gediş-gəliş çətinləşib - Baku TV
