Выбрать плеер:

"15 evin kanalizasiyası buraya axır" | Çirkab suda "üzən" evlərdə dəhşətli vəziyyət - Baku TV

02 февраля 2026 242 просмотров

Masazır qəsəbəsinin Asif Həsənov küçəsində yerləşən evlər suyun içində qalıb.

Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir davam edir.

“Qoxudan yatmaq olmur. Hər yerə müraciət etmişik, deyirlər ki, yaxşı olacaq, düzələcək, amma heç nə dəyişmir. Burada yaşayanların çoxu gedib, yalnız biz qalmışıq. Su indi çəkilib, bura lap pis olur, görsəniz, məəttəl qalarsınız”, – qəsəbə sakini bildirib.

“Vəziyyət çox pisdir. 15 min evin kanalizasiyası bura axır, bu gölün də başqa bir çıxış yeri yoxdur”, – başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, sözügedən ərazidəki evlər uzun illər bundan əvvəl tikilib:

“Məsələ daimi olaraq yerli icra nümayəndəliyinin və bələdiyyənin nəzarətində saxlanılır. Sonuncu dəfə 2025-cı ilin yanvarın 12-də əraziyə baxış keçirilən zaman şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən Qır gölündə qurutma və tikinti işlərinin həyata keçirilməsi halı müşahidə olunub. Qeyri-qanuni fəaliyyətin qarşısı alınıb və məktubla aidiyyəti üzrə müraciət edilib. Hazırda Qır gölünün səviyyəsinin artması son zamanlar havaların yağmurlu keçməsi və qrunt sularının qalxması ilə əlaqədardır”.

Qurumdan o da bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur:

“Ətrafda yaşayan sakinlər çirkab sularını kustar üsullarla çəkilmiş borular vasitəsilə ya gölə axıdır, ya da “şambo” sistemindən istifadə edərək toplayırlar. Bu da qrunt sularının qalxmasına səbəb olur. Ona görə də yağışlı havalarda subasma hallarının yaşanmasına gətirib çıxarır. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin çəkilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib”.

Скопировано
"Bu il Azərbaycanda qalacağıq, çünki..." | Münaqişələr turist axınına necə təsir edir? - Baku TV

"Bu il Azərbaycanda qalacağıq, çünki..." | Münaqişələr turist axınına necə təsir edir? - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
2 qadın xəstəxanalıq oldu | Metro niyə bağlandı? | "Ödəniş edəndən sonra dedilər ki..." - Baku TV

2 qadın xəstəxanalıq oldu | Metro niyə bağlandı? | "Ödəniş edəndən sonra dedilər ki..." - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"Bunu etmək çox çətin idi, atam deyirdi ki..." | İmtahanda maksimum nəticə göstərən şagird

"Bunu etmək çox çətin idi, atam deyirdi ki..." | İmtahanda maksimum nəticə göstərən şagird

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV

"Hələ yaxşı ki, yağış yağanda gəlməmisiniz..." | Gəlib-getməyin əzaba çevrildiyi yollar - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
Bakı metrosunda nələr yaşandı? - Rəsmi açıqlama | Son vəziyyət necədir? - Baku TV

Bakı metrosunda nələr yaşandı? - Rəsmi açıqlama | Son vəziyyət necədir? - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV

"3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
Bakı metrosu niyə bağlandı? | Baş verənlərlə bağlı rəsmi açıqlama - Baku TV CANLI

Bakı metrosu niyə bağlandı? | Baş verənlərlə bağlı rəsmi açıqlama - Baku TV CANLI

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"Allah bütün qaçqınlara bunu qismət etsin" | 92 ailə doğma yurda qovuşur - Baku TV

"Allah bütün qaçqınlara bunu qismət etsin" | 92 ailə doğma yurda qovuşur - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"Hər yer suyun içindədir, artıq batıb" | Sakinlər çətin durumda | Kürün səviyyəsi qalxdı - Baku TV

"Hər yer suyun içindədir, artıq batıb" | Sakinlər çətin durumda | Kürün səviyyəsi qalxdı - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
"28 May"ın qarşısı bu dəqiqələrdə | Əməkdaşımız yeni məlumatları açıqladı - Baku TV

"28 May"ın qarşısı bu dəqiqələrdə | Əməkdaşımız yeni məlumatları açıqladı - Baku TV

Cəmiyyət
21 апреля 2026 242 просмотров
Выбранные
icon