Выбрать плеер:
Masazır sakini dəm qazından boğularaq həyatını itirdi - Baku TV
Abşeronda 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə Masazır qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, Hüseyn Ramazanov hamam otağında olarkən dəm qazından boğulub və hadisə yerində vəfat edib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirilir ki, mərhum bir neçə ay əvvəl həmin ünvana gəlib və orada kirayədə yaşayıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. 1993-cü il təvəllüdlü şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Скопировано
