Выбрать плеер:
"Məqsəd pul toplamaq deyil" | Nazirdən MİQ imtanları barədə vacib açıqlama
"Müəllimlərin İşə Qəbul imtahanında qiymətlər simvolik və xərcləri qarşılamaq üçün təyin ediləcək".
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə MİQ imtahanlarının ödənişli olması ilə bağlı suallarını cavablandırarkən deyib.
O bildirib ki, bəzi şəxslər imtahanda iştirak üçün qeydiyyatdan keçir, amma imtahana gəlmir:
"Məsələn, 60 min müəllim imtahan üçün qeydiyyatdan keçir, amma 10 mindən çoxu imtahana gəlmir. Belə olduqda biz imtahana gəlməyən şəxs üçün kifayət qədər xərc çəkmiş oluruq. Qiymət bazara uyğun olacaq. Bəzi şəxslərə bu imtahan pulsuz olacaq. Məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır".
Скопировано
