Выбрать плеер:

"Qonaq gələndə üzümüz qara olur" | Kənd sakinləri niyə soyuqda qalmağa məcbur olub?

27 ноября 2025 318 просмотров

Baku TV-nin qaynar xəttinə müraciət edən Quba rayonunun Vladimirovka kənd sakinləri illərdir bir sıra çətinliklərlə üz-üzə qaldıqlarını bildiriblər.

Onların sözlərinə görə, kəndin bir hissəsində qaz var, digər hissəsində isə yox. Təxminən bir il əvvəl ərazidə başlanılan işlər yarımçıq qalıb.

“Bizə ildə üç maşın odun lazımdır. Evlərimiz çox soyuq olur. Bura nə vaxt qaz çəkəcəklər? Çoxunun odun almağa pulu yoxdur, nə etməlidirlər?!”, – narazı sakinlərdən biri söyləyib.

Yaşayış məntəqəsində çətinlik bununla bitmir. Sakinlər işıq sarıdan da əziyyət çəkdiklərini bildiriblər.

“Gecələr lampalar şam ışığı kimi yanır, həmçinin tez-tez sıradan çıxır. Uşaqlar dərs oxumaqda çətinlik çəkirlər”, – digər bir kənd sakini söyləyib.

Kəndin qaz problemi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən qeyd olunub ki, qazlaşma proqramı qurumun daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir:

“Quba rayonunun Vladimirovka kəndi qazlaşdırılıb. Adıçəkilən kəndin yeni yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsinə isə növbəti mərhələlərdə baxıla bilər”.

Kənd sakinlərinin işıq probleminə gəlincə isə “AzərEnerji”dən bildirilib ki, hazırda Qubanın 7 kəndində yenidənqurma işləri həyata keçirilir:

“Sözügedən kənddə də 0,4 və 10 kilovoltluq şəbəkələr yenidən qurulub. 0,4 kilovoltluq metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib. 10 kilovoltluq köhnəlmiş xətlər ÖİN-3 kabel hava xətti ilə əvəzlənib. Köhnə transformator məntəqələri yeniləri və daha güclüləri ilə əvəzlənir, həmçinin smart-kart tipli sayğaclar quraşdırılıb”.

Скопировано
"Qəşəngdir hər şey" | Paytaxt sakinlərinin bayram sevinci - Baku TV

"Qəşəngdir hər şey" | Paytaxt sakinlərinin bayram sevinci - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Turistlər Novruz bayramını keçirmək üçün Bakını seçdilər - Baku TV

Turistlər Novruz bayramını keçirmək üçün Bakını seçdilər - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Xankəndidə keçirilən "Bahar nəğməsi" festivalından görüntülər - Baku TV

Xankəndidə keçirilən "Bahar nəğməsi" festivalından görüntülər - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Şuşada möhtəşəm Novruz şənlikləri | "Güllü bağ"da bayram yarmarkası təşkil edildi - Baku TV

Şuşada möhtəşəm Novruz şənlikləri | "Güllü bağ"da bayram yarmarkası təşkil edildi - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Cəmiyyət
20 марта 2026 318 просмотров
"Hər kəs ayrı-ayrı alır deyə..." | Novruz şirniyyatları niyə bu qədər bahadır? - Baku TV

"Hər kəs ayrı-ayrı alır deyə..." | Novruz şirniyyatları niyə bu qədər bahadır? - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

Cəmiyyət
20 марта 2026 318 просмотров
Выбранные
icon