Выбрать плеер:

"Xəbərsiz quraşdırıb, dünəndən danışır" | Kamera narazılığa səbəb olursa, nə etmək olar? - Baku TV

19 марта 2026 57 просмотров

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qonşuluq münasibətlərini müzakirə mövzusuna çevirib.

Belə ki, vətəndaş qonşusunun qapısı üzərində quraşdırdığı təhlükəsizlik kamerasından narahat olduğunu bildirir.

Onun sözlərinə görə, kameradan gələn səs gündəlik həyatına mənfi təsir göstərir və şəxsi rahatlığını pozur.

Maraqlıdır, yaşayış binasında təhlükəsizlik kamerası quraşdırılması qanunla necə tənzimlənir? Qonşuların hüquqları harada başlayır və harada bitir?

Hüquqşünas Mircavid Miriyev bildirib ki, mənzillərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə xüsusi qadağa nəzərdə tutulmayıb:

“Səs ciddi narahatlıq yaradır və hüquqları pozursa, vətəndaş qonşusuna müraciət edərək səsin azaldılmasını tələb edə bilər. Texniki baxımdan bu mümkün olmadıqda isə cihazın dəyişdirilməsini istəmək hüququ var. Hüquqlarının müdafiəsi üçün məhkəməyə mülki qaydada müraciət etmək də mümkündür”.

Mütəxəssislər qeyd edirlər ki, təhlükəsizlik məqsədilə kamera quraşdırılması qanunla qadağan olunmasa da, bu zaman digər sakinlərin hüquq və mənafeləri mütləq nəzərə alınmalıdır. Xüsusilə səs-küy və şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlar yaranarsa, məsələ müvafiq qurumlar tərəfindən araşdırıla bilər. Belə hallarda tərəflər arasında razılıq əldə olunmadıqda hüquqi müstəvidə həll yollarına müraciət etmək tövsiyə olunur.

Скопировано
Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Cəmiyyət
20 марта 2026 57 просмотров
"Hər kəs ayrı-ayrı alır deyə..." | Novruz şirniyyatları niyə bu qədər bahadır? - Baku TV

"Hər kəs ayrı-ayrı alır deyə..." | Novruz şirniyyatları niyə bu qədər bahadır? - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
İllər sonra bayramı doğma yurdda qeyd edən Məmmədbəyli sakinləri duyğularını bölüşdü - Baku TV

İllər sonra bayramı doğma yurdda qeyd edən Məmmədbəyli sakinləri duyğularını bölüşdü - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Abonentlərə vacib xəbər | Rəsmi qurumdan açıqlama - Baku TV

Abonentlərə vacib xəbər | Rəsmi qurumdan açıqlama - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
“Döyüb torba atırlar ki...” | Qədim adətləri yaşadan sakinlərin bayram coşqusu - Baku TV

“Döyüb torba atırlar ki...” | Qədim adətləri yaşadan sakinlərin bayram coşqusu - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd olundu - Baku TV

Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd olundu - Baku TV

Cəmiyyət
20 марта 2026 57 просмотров
Выбранные
icon