Выбрать плеер:

"Hər kəs ayrı-ayrı alır deyə..." | Novruz şirniyyatları niyə bu qədər bahadır? - Baku TV

20 марта 2026 13 просмотров

Əvvəllər Novruz bayramına həftələr qalmış hazırlıqlar başlanardı. Analarımız, nənələrimiz qollarını çirmələyib müxtəlif şirniyyatlar bişirər, süfrə açardılar.

Hazırda bəzi evlərdə bu ənənə davam etsə də, ümumilikdə vəziyyət dəyişib. Əksəriyyət Novruz şirniyyatlarını ya hazır alır, ya da sifariş verib bişirtdirir.

Hazır alınan şirniyyatlar evdə bişirilənlərin yerini vermədiyi kimi, həm də baha başa gəlir. Belə ki, Novruz xonçasının bəzəyi olan şəkərbura və paxlavanın kiloqramı 20 manatdan başlayır, sinisi isə 100 manata qədər dəyişir.

“Keçən il fındıq 17-20 manat idi, indi isə qiyməti 30-32 manat arasında dəyişir. Evdə bişirəndə daha baha başa gəlir. Buna görə də insanlar hamısından üç-dörd ədəd alırlar”, – deyə qənnadçı bildirib.

İqtisadçı Xalid Kərimli isə Novruz şirniyyatlarının baha olmasının səbəbini belə izah edib:

“Bayram ərəfəsində Novruzda istifadə olunan quru meyvələrin, çərəzlərin qiymətinin artmasının əsas səbəbi tələbin əvvəlki illərə nisbətən daha yüksək olmasıdır. Eyni zamanda təklifin azalması da bu vəziyyətə səbəb olur. Bu cür məhsullar əsasən İrandan və Türkiyədən gətirilir. İranda baş verən müharibə həm də Türkiyədən gətirilən məhsulların qiymətinə təsir göstərir. Çünki daha az məhsul bazara çıxarılır, bu isə Türkiyədən gələn məhsulların qiymətini artırır. Eyni zamanda İrandan gətirilən məhsulların sayının məhdudlaşması və daha baha olması da bu vəziyyətə səbəb olur”.

Скопировано
Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Əfsanələr və reallıq: Novruz bayramının tarixi hara gedib çıxır? - ARAŞDIRMA

Cəmiyyət
20 марта 2026 13 просмотров
Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Bakı sakinləri Novruz bayramını coşqu ilə qeyd edirlər - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Bina sakinləri boğaza yığıldı | "3 maşını var, başqasının haqqına girir, deyir ki..." - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

"Bu vəziyyətdə yaşamaq mümkün deyil!" | Sakinlər özündən çıxdı, bələdiyyə isə... - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
İllər sonra bayramı doğma yurdda qeyd edən Məmmədbəyli sakinləri duyğularını bölüşdü - Baku TV

İllər sonra bayramı doğma yurdda qeyd edən Məmmədbəyli sakinləri duyğularını bölüşdü - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
Abonentlərə vacib xəbər | Rəsmi qurumdan açıqlama - Baku TV

Abonentlərə vacib xəbər | Rəsmi qurumdan açıqlama - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
“Döyüb torba atırlar ki...” | Qədim adətləri yaşadan sakinlərin bayram coşqusu - Baku TV

“Döyüb torba atırlar ki...” | Qədim adətləri yaşadan sakinlərin bayram coşqusu - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd olundu - Baku TV

Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd olundu - Baku TV

Cəmiyyət
20 марта 2026 13 просмотров
Piyadayönümlü Bakıda bu kəsişmə niyə belədir?! - Piyadalar üçün çıxılmaz vəziyyət - NECƏ OLMALIDIR?

Piyadayönümlü Bakıda bu kəsişmə niyə belədir?! - Piyadalar üçün çıxılmaz vəziyyət - NECƏ OLMALIDIR?

Cəmiyyət
20 марта 2026 13 просмотров
Выбранные
icon