Выбрать плеер:

"Vakansiya var, amma deyirlər ki..." | Görmə məhdudiyyətli məzun niyə işə qəbul edilmir? - Baku TV

02 июля 2026 54 просмотров

Azərbaycan Milli Konservatoriyasının vokal ixtisası üzrə bakalavr məzunu Xalid Hacıyev gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində vakansiya olmasına baxmayaraq, işə qəbul edilmədiyini iddia edir.

“Aprel ayında yaxınlaşdım. Vakansiyalar olduğu halda məni işə qəbul etməyəcəklərini bildirdilər. Səbəbini soruşduqda isə “biz işə götürmürük” dedilər. Məndən əvvəl bəzi şəxslərin işə götürüldüyünü bildirdikdə onların göndərişlə gəldiyini söylədilər. Hansı qurumun göndərdiyini soruşduqda isə bunun Mədəniyyət Nazirliyi olduğunu qeyd etdilər”, – deyə şikayətçi Xalid Hacıyev bildirib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, qaydalara əsasən, müəllimlərin işə qəbulu bir qayda olaraq müsabiqə vasitəsilə həyata keçirilir:

“İmtahanlar ayrıca namizədlərin fərdi müraciəti əsasında deyil, Nazirlik tərəfindən müəyyən edilmiş vakansiyalar və elan edilmiş müsabiqə qrafiki əsasında keçirilir. Növbəti müsabiqə və vakansiyalar elan olunduğu halda bu barədə məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resurslarında yerləşdirilir. Hazırda imtahanların avqust ayının ilk 10 günlüyündə keçirilməsi nəzərdə tutulub. Ali musiqi təhsili olan şəxsin əlilliyinin olması onun musiqi məktəbində müəllim kimi işə qəbul olunmasına avtomatik hüquqi məhdudiyyət yaratmır. Əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik qadağandır. Lakin həmin şəxs digər namizədlərlə eyni qaydada müvafiq ixtisas tələblərinə cavab verməli, elan edilmiş vakansiya üzrə müsabiqədə iştirak etməli, test və müsahibə mərhələlərində uğurlu nəticə göstərməli və qanunvericiliklə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır”. 

Скопировано
"Arzum 9999" ləqəbli şəxsin həbs olunması qərarını vətəndaşlar necə qarşıladı? - Baku TV

"Arzum 9999" ləqəbli şəxsin həbs olunması qərarını vətəndaşlar necə qarşıladı? - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
AI dövlət idarəçiliyini dəyişir: Hansı peşələrə ehtiyac yaranacaq? - AKTUAL GÜNDƏM

AI dövlət idarəçiliyini dəyişir: Hansı peşələrə ehtiyac yaranacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
03 июля 2026 54 просмотров
Sosial şəbəkələrlə bağlı qəbul edilən yeni qanun nəyi dəyişəcək? - Baku TV

Sosial şəbəkələrlə bağlı qəbul edilən yeni qanun nəyi dəyişəcək? - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
Cin Pi Ti Əlini necə aldatdı? - Uşaqları virtual dünyadan qoparan video - Baku TV

Cin Pi Ti Əlini necə aldatdı? - Uşaqları virtual dünyadan qoparan video - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
Telefonun əsirinə çevrilən uşaqları real həyata qaytaracaq video - Baku TV

Telefonun əsirinə çevrilən uşaqları real həyata qaytaracaq video - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
Azad edilən ərazilərdə enerji sistemi necə yenilənəcək? - Layihələrin detalları - Baku TV

Azad edilən ərazilərdə enerji sistemi necə yenilənəcək? - Layihələrin detalları - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
“Jurnalistləri çağıracağıq deyə qorxudan bunu edib” | Mənzil vədi niyə fiasko ilə bitdi? - Baku TV

“Jurnalistləri çağıracağıq deyə qorxudan bunu edib” | Mənzil vədi niyə fiasko ilə bitdi? - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
II və III qrupların yay blok imtahanları ilə bağlı açıqlamalar - HANSI İXTİSAS?

II və III qrupların yay blok imtahanları ilə bağlı açıqlamalar - HANSI İXTİSAS?

Cəmiyyət
03 июля 2026 54 просмотров
Çimərliyə getmək niyə sakinlərin burnundan gəlir? - Dənizkənarı ərazilərdə nə baş verir? - Baku TV

Çimərliyə getmək niyə sakinlərin burnundan gəlir? - Dənizkənarı ərazilərdə nə baş verir? - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
"Onların hamısını köçürürlər" | Aparılan söküntü işlərinin səbəbi açıqlandı - Baku TV

"Onların hamısını köçürürlər" | Aparılan söküntü işlərinin səbəbi açıqlandı - Baku TV

Cəmiyyət
03 июля 2026 54 просмотров
Выбранные
icon