Sakinlər öz evlərinə görün necə girməli olurlar | “Qonşu buranı tutub, 7 ildir deyirlər ki...”
Lənkəran rayonunun Osakücə kənd sakini Hüseynəli Rzayev Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirir ki, 7 ildir problemlə üz-üzə qalıb.
O iddia edir ki, pay torpağı kimi istifadə etdiyi həyətyanı sahəsini kənd sakini Natiq Sadıqov hasarlayaraq bağlayıb. Odur ki, ailə üzvləri evinə gedib-gəlmək üçün ya 400-500 metr yol qət etməlidir, ya da hasarı aşmalıdır.
Baku TV yolu bağlamaqda adı hallanan Natiq Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, müsahibə verməyib. Lakin bildirib ki, elektron xəritənin cavabını gözləyir. Əgər sözügedən ərazinin xəritədə yol olduğu təsdiqini taparsa, hasarı sökəcək.
Osakücə kənd bələdiyyəsinin sədri Həkər Cavadov da bu barədə danışmaq istəməyib. O, şifahi olaraq bildirib ki, sözügedən məsələ ilə əlaqədar həmin əraziyə dəfələrlə baxış keçirilib, hər iki tərəfin fikirləri dinlənilib.
Bələdiyyə sədri qeyd edib ki, məsələ elektron xəritə dəqiqləşdirildikdən sonra həllini tapacaq.
Тег #Lənkəran используется
- Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV
- "Burada hətta 1 metr enində ..." | Lənkəranda "itmiş meşə" üzə çıxdı
- “Burada qalırdılar, vaqonda da yanıblar” | Müəmmalı hadisədə ölən şəxslər kimlərdir?
- Lənkəranda zibilxanadan meyitlər tapıldı
- Lənkəran sakini həkim səhlənkarlığı nəticəsində ölüb?
