Выбрать плеер:

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Baku TV

26 января 2026 108 просмотров

Son vaxtlar Hindistanda epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan Nipah virusu yayılmaqdadır. Virusa görə ölkədə onlarla şəxs karantinə alınıb.

Virus səbəbindən ölümlərin olduğu da bildirilib. Bu virusun Azərbaycanda yayılmaq təhlükəsi ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəmizdə hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.

Qeyd olunub ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Ölkəmizdə epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər.

Virusun insandan-insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır. Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir. Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmayan meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya və gigiyena qaydalarına riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa, vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur. 

Скопировано
Sabiq millət vəkili Fəzail Ağamalı dünyasını dəyişib - Baku TV

Sabiq millət vəkili Fəzail Ağamalı dünyasını dəyişib - Baku TV

Cəmiyyət
09 февраля 2026 108 просмотров
Sertifikatsız həkimlərə görə tibb məntəqəsi 6 min manat cərimələndi - ANA XƏBƏR

Sertifikatsız həkimlərə görə tibb məntəqəsi 6 min manat cərimələndi - ANA XƏBƏR

Cəmiyyət
09 февраля 2026 108 просмотров
“Melody School” tələbələrinin konsert proqramı keçirildi

“Melody School” tələbələrinin konsert proqramı keçirildi

Cəmiyyət
09 февраля 2026 108 просмотров
Tarixi Kahramanmaraşın müasir "Azərbaycan məhəlləsi" | Sakindən duyğulandıran sözlər - Baku TV

Tarixi Kahramanmaraşın müasir "Azərbaycan məhəlləsi" | Sakindən duyğulandıran sözlər - Baku TV

Cəmiyyət
09 февраля 2026 108 просмотров
Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Cəmiyyət
09 февраля 2026 108 просмотров
"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

Cəmiyyət
08 февраля 2026 108 просмотров
Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Cəmiyyət
08 февраля 2026 108 просмотров
Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Cəmiyyət
08 февраля 2026 108 просмотров
"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

Cəmiyyət
08 февраля 2026 108 просмотров
Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Cəmiyyət
08 февраля 2026 108 просмотров
Выбранные
icon