Выбрать плеер:

“Tiktok” sahibi pula pul demir: qazandığı məbləğ açıqlandı

04 октября 2023 276 просмотров

“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib.

“The Wall Street Journal” şirkət işçiləri arasında bölüşdürülmüş maliyyə nəticələrinə istinadən yazır ki, bu, 2022-ci ilin birinci rübündən təxminən iki dəfə çoxdur. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu.

Qeyd edək ki, “ByteDance”ın səhmləri açıq şəkildə satılmır və şirkət maliyyə nəticələrini açıqlamır. “The Wall Street Journal”ın əldə etdiyi hesabata görə, “ByteDance”ın 2022-ci ildə gəliri 38 faiz artaraq 85,2 milyard dollara çatıb. Bu ilin yanvar-mart aylarında şirkət 24,5 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Gəlirlərin artması ilə paralel olaraq şirkət xərclərini azaldır. Belə ki, 2022-ci ildə “ByteDance”ın marketinq xərcləri bir il əvvəlki 19,2 milyard dollarla müqayisədə 14,8 milyard dollara, tədqiqat və inkişaf xərcləri 14,6 milyard dollardan 8,7 milyard dollara, ümumi və inzibati xərclər 8,3 milyard dollardan 4,5 milyard dollara qədər azalıb.

Martın sonunda şirkətin ümumi aktivləri keçən ilin sonundakı 87,6 milyard dollar və 2021-ci ilin sonundakı 64,3 milyard dollara qarşı 95,5 milyard dollar qiymətləndirilib.

Скопировано
Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Dünya
22 декабря 2025 276 просмотров
Yunanıstanda fermerlərin gecikən Aİ subsidiyalarına etirazı

Yunanıstanda fermerlərin gecikən Aİ subsidiyalarına etirazı

Dünya
22 декабря 2025 276 просмотров
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayamidəki danışıqlardan söz açdı

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayamidəki danışıqlardan söz açdı

Dünya
22 декабря 2025 276 просмотров
Müzakirələrin Floridada keçirilən növbəti raundu

Müzakirələrin Floridada keçirilən növbəti raundu

Dünya
22 декабря 2025 276 просмотров
İsrail “Hizbullah”ın 2 üzvünü zərərsizləşdirdi

İsrail “Hizbullah”ın 2 üzvünü zərərsizləşdirdi

Dünya
22 декабря 2025 276 просмотров
Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular

Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular

Dünya
22 декабря 2025 276 просмотров
ABŞ daha bir tankeri ələ keçirdi

ABŞ daha bir tankeri ələ keçirdi

Dünya
22 декабря 2025 276 просмотров
Cari ildə La-Manşı qayıqlarla keçənlərin sayı 40 mini ötüb

Cari ildə La-Manşı qayıqlarla keçənlərin sayı 40 mini ötüb

Dünya
22 декабря 2025 276 просмотров
Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV

Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV

Dünya
22 декабря 2025 276 просмотров
BMT Qəzzadakı acınacaqlı vəziyyətlə bağlı çağırış etdi

BMT Qəzzadakı acınacaqlı vəziyyətlə bağlı çağırış etdi

Dünya
21 декабря 2025 276 просмотров
Выбранные
icon