Выбрать плеер:

Uşaqla davranışda etdiyimiz səhvlər | Tənqid, sərbəstlik, yoxsa...?

28 мая 2025 575 просмотров

Son dövrlər bir çox valideynlər arasında “şüurlu”, “zərif” və “elastik” tərbiyə modelləri dəbə çevrilib.

Bəziləri uşaqları tənqid etməməyə, digərləri isə onlara tam sərbəstlik verməyə çalışır. Lakin bu cür niyyətlər arxasında tez-tez uşağın inkişafına əngəl törədən və tərbiyənin təməlini zəiflədən davranışlar gizlənir.

Mütəxəssis Marina Mayın fikrinə görə, valideynlər uşağın çətinlik çəkməsindən, ağlamasından və ya səhv etməsindən qorxaraq hər şeyi onun yerinə edirlər. Nəticədə uşaq öz gücünə inanmayan, təşəbbüskar olmayan və daim başqasından kömək gözləyən biri kimi formalaşır.

Ekspertin sözlərinə görə, valideynlər uşağı məşğul saxlamaq üçün daha çox telefon, planşet, televizor kimi vasitələrdən istifadə edirlər. Amma bu “kiçik vərdişlər” zamanla uşağın real ünsiyyətdən və hərəkətdən uzaq düşməsinə, emosiyaları anlama və ifadə etmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.

Marina May bildirib ki, bu gün əksər valideynlər “cəza”, “itaət”, “sərtlik” anlayışından uzaq durmağa çalışırlar. Nəticədə isə nə olar, nə olmaz anlayışı olmayan, “hər şey olar” düşüncəsi ilə böyüyən uşaqlar formalaşır.

Mütəxəssis əlavə edib ki, “şüurlu tərbiyə” o demək deyil ki, uşağa hər şey olar. Bu, azadlıqla məsuliyyət, diqqətlə sərhəd arasında balans yaratmaqdır. Uşağa seçim etmək imkanı verilməlidir, amma çərçivələr daxilində.

Скопировано
Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Analıq məzuniyyətində olan müəllimin iş yerini dəyişdirməsi mümkündür? - Baku TV

Cəmiyyət
04 апреля 2026 575 просмотров
"Bu, icra hakimlərinin borcudur, amma..." | Bakıda təmiri yarımçıq qalan parklar - Baku TV

"Bu, icra hakimlərinin borcudur, amma..." | Bakıda təmiri yarımçıq qalan parklar - Baku TV

Cəmiyyət
04 апреля 2026 575 просмотров
Bu tarixlərdə külək güclənəcək | Qurum xəbərdarlıq etdi - Baku TV CANLI

Bu tarixlərdə külək güclənəcək | Qurum xəbərdarlıq etdi - Baku TV CANLI

Cəmiyyət
04 апреля 2026 575 просмотров
Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər

Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər

Cəmiyyət
04 апреля 2026 575 просмотров
Yüksək natrium qəbulu ürək çatışmazlığı riskini artırır

Yüksək natrium qəbulu ürək çatışmazlığı riskini artırır

Cəmiyyət
04 апреля 2026 575 просмотров
Burada sürücülər iki od arasında qalıb | Çaşdırıcı məqamların yaratdığı çətinlik - NECƏ OLMALIDIR?

Burada sürücülər iki od arasında qalıb | Çaşdırıcı məqamların yaratdığı çətinlik - NECƏ OLMALIDIR?

Cəmiyyət
04 апреля 2026 575 просмотров
Şuşa döyüşlərində şəhid olmuş Sənanın 30-cu doğum günü - Baku TV

Şuşa döyüşlərində şəhid olmuş Sənanın 30-cu doğum günü - Baku TV

Cəmiyyət
04 апреля 2026 575 просмотров
"Hər şeyə burnunu soxur" | Gəlin-qayınana "savaş"ları | “Sözümün üstünə söz deyə bilməz” - O VAXTLAR

"Hər şeyə burnunu soxur" | Gəlin-qayınana "savaş"ları | “Sözümün üstünə söz deyə bilməz” - O VAXTLAR

Cəmiyyət
03 апреля 2026 575 просмотров
"Bu, cinayət əməlidir, cəzalarını almalıdırlar" | Bakını qorumaq seçim yox, məsuliyyətdir - Baku TV

"Bu, cinayət əməlidir, cəzalarını almalıdırlar" | Bakını qorumaq seçim yox, məsuliyyətdir - Baku TV

Cəmiyyət
03 апреля 2026 575 просмотров
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu - Baku TV

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu - Baku TV

Cəmiyyət
03 апреля 2026 575 просмотров
Выбранные
icon