Выбрать плеер:
Xocalı sakinləri sevincini bölüşdü | 24 ailə doğma yurduna illər sonra qovuşdu
Xocalının Ballıca kəndinə növbəti köç baş tutub.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülüb. Doğma yurda köçən ailələrə mənzillərin açarı təqdim edilib.
Bununla da bu günə kimi Ballıcaya ümumilikdə 130 ailə – 660 nəfər köçürülüb.
Скопировано
