Выбрать плеер:
“Yüksəliş” müsabiqəsi Zəfər Günündə gəncləri bir araya gətirdi
8 Noyabr ‒ Zəfər Gününün beşinci ildönümü münasibətilə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Zəfərdən Yüksəlişə” adlı intellektual yarış təşkil olunub.
Müsabiqədə ümumilikdə 152 nəfər olmaqla, 19 komanda mübarizə aparıb. Yarışın qalibləri müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunub. Məqsəd ölkədə yeni formatda idarəçilərin olması və dövlətə, cəmiyyətə təqdim edilməsidir. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Скопировано
