3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?
Rusiya illik tutumu 35 milyard kubmetrədək olan yeni qaz ixracı marşrutunu Şərqi Qazaxıstan vasitəsilə Çinə açmağı nəzərdən keçirir.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rostki: Rusiya və Çin – qarşılıqlı faydalı əməkdaşlıq” forumunda bu barədə məlumat verib.
O, layihənin hazırda yalnız müzakirə edildiyini və başlanğıc mərhələdə olduğunu qeyd edib.
2024-cü ildə Rusiyadan Çinə qaz tədarükünün həcmi, maye qaz daxil olmaqla, 40 milyard kubmetrə çatacaq. Keçən il isə Çin 159 milyard kubmetr qaz idxal edib ki, bu da maye qazı əhatə edir.
Bundan əlavə, tərəflər Sахalin-Xabarovsk-Vladivostok qaz kəmərinin gücünü 10 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Tikintinin 2027-ci ildə tamamlanması planlaşdırılır.
Eyni zamanda Moskva və Pekin “Sibir Gücü” qaz kəmərinin ikinci xəttinin yaradılmasına dair danışıqlar aparır. Bu yeni xətt 50 milyard kubmetr gücə malik olacaq və Monqolustan üzərindən keçəcək.