Выбрать плеер:
ABŞ-dən İrana genişmiqyaslı hücum | Dağıdıcı aviazərbələr - Baku TV
ABŞ Hərbi Hava Qüvvələri İranın Xuzistan əyalətinə zərbələr endirib.
Bu barədə "Al-Jazeera" telekanalı əyalət qubernatorunun adı açıqlanmayan köməkçisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Əhvaz və Mahşəhr şəhərləri bombalanıb. İsfahanda isə metallurgiya zavodu hücuma məruz qalıb.
“Bloomberg”in açıqlamasına görə, aviazərbələr genişmiqyaslı olub, ciddi ziyanla və istehsal obyektlərinin xeyli dərəcədə dağılması ilə nəticələnib.
İslam İnqilabı Keşikçiləri Korpusu isə Hörmüz boğazında neft tankerini vurub. SEPAH-ın bəyanatına görə, İsraillə əlaqəli "Aqua 1" adlı neft tankeri alova bürünüb.
Скопировано
