ABŞ İranda geri çəkilməyə məcbur qaldı? - Planları nə alt-üst etdi? - Baku TV
İran hesab edir ki, Bab əl-Məndəb boğazının bağlanması ehtimalı və İsfahan yaxınlığında vurulan F-15 təyyarəsinin pilotunun xilasetmə əməliyyatının uğursuzluğu ABŞ-ni Tehranla dialoqa məcbur edən əsas amillərdəndir.
Bu fikirləri "Al Mayadeen" telekanalı İran hakimiyyətinin yüksəkvəzifəli nümayəndəsinə istinadən yayıb.
Qeyd olunub ki, Qırmızı dənizlə Ərəb dənizini birləşdirən Bab əl-Məndəb boğazının bağlanması ehtimalı Vaşinqton tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bildirilib ki, xüsusilə regiondakı əməliyyat vəziyyətinin izlənməsindən sonra ABŞ administrasiyası bu riskə ciddi yanaşır.
Məlumata görə, İran tərəfi İsfahan yaxınlığında həyata keçirilən xilasetmə əməliyyatını ABŞ Ordusu üçün uğursuz hesab edir və bunun mümkün nəticələrinin Vaşinqtonda nəzərə alındığını iddia edir.
Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ-nin quru əməliyyatlarında effektiv nəticə əldə etmək imkanları məhduddur, dənizdə isə İrana qarşı üstünlük qazanmaq çətin olacaq. İran rəsmisinin fikrincə, Bab əl-Məndəb boğazının bağlanması halında enerji daşıyıcılarının qiymətləri qısa müddətdə ciddi şəkildə arta bilər.
Тег #ABŞ-İran müharibəsi используется
- Tramp açıqladı: ABŞ Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edəcək? - Baku TV CANLI
- İran ABŞ-ni silkələyən raket hücumuna start verdi? - “13 mindən çox hədəf...” - Baku TV
- İranda qalan pilot necə xilas edilib? | Tramp əməliyyatın detallarını açıqladı - Baku TV CANLI
- ABŞ İrana elə hücum edəcək ki... | Müharibə nazirindən sərt xəbərdarlıq - Baku TV
- ABŞ İranın bütün infrastrukturunu hədəfə alır, İran isə münaqişənin tam bitməsini tələb edir?
