Qanlı atışma: İsrailin Baş konsulluğuna silahlı hücum edildi | İstanbulda qorxulu anlar - Baku TV
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.
Hadisə nəticəsində bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. İki polis əməkdaşının isə xəsarət aldığı bildirilib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hücum edənlərin şəxsiyyətlərinin müəyyənləşdiyini qeyd edib.
“İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəldikləri təsbit edilən şəxslərdən birinin radikal qruplarla əlaqəsi məlum olub. Eyni zamanda ikisi qardaş olan terrorçulardan birinin narkoloji mərkəzdə qeydiyyatda olduğu da müəyyənləşib”, – deyə nazir sözlərinə əlavə edib.
Baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlekin sözlərinə görə, istintaq çərçivəsində Baş prokurorun müavini və iki rayon prokuroru hadisə yerinə ezam olunub.
