“Hizbullah”ın İsrailə raket zərbələri dünyaya səs saldı | Pezeşkiandan təcili mesaj - Baku TV
İran Prezidenti Məsud Pezeşkian “X” hesabında paylaşım edərək 14 milyondan çox iranlının ölkəsini müdafiə etmək üçün canlarını fəda etməyə hazır olduğunu bildirib.
“İndiyə qədər 14 milyondan çox cəsur iranlı ölkəsini müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı fəda etməyə hazır olmuşam, hazıram və hazır olacağam”, – deyə M.Pezeşkian vurğulayıb.
“Hizbullah” İsrail şəhərlərinə və ordusuna yeni hücumlar barədə məlumat yayıb. Silahlı qruplaşma döyüşçülərinin İsrailin şimalındakı Şlomi və Even Menahem şəhərlərinə raketlə iki hücum təşkil etdiyini bildirib.
Qruplaşma həmçinin məlumat yayıb ki, qırıcıları Livanın cənubundakı Biyadah şəhəri üzərində iki İsrail helikopterini yer-hava raketləri ilə hədəfə alıb və hər iki təyyarəni Livan hava məkanından geri çəkilməyə məcbur edib.
İsrail Müdafiə Qüvvələri isə İranın 130-dan çox Hava Hücumundan Müdafiə sistemini məhv edib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən bildirilib ki, bu cür əməliyyatlar təhdidlərin azaldılmasına və regionun təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Тег #Məsud Pezeşkian используется
- Tehranın əsəs tələbi nədir? | ABŞ-İran müharibəsi bitir? - Baku TV
- İlham Əliyev Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib - Baku TV
- İran prezidenti humanitar yardım üçün Azərbaycana təşəkkür etdi - Baku TV
- Pezeşkian beynəlxalq təşkilatlara səsləndi | ”İran gec olmadan…”
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub - Baku TV
