Buçada törədilən qırğından 4 il ötür
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas və bir neçə ölkənin xarici işlər naziri Ukraynaya səfər edib.
Yüksəksəviyyəli şəxslər Buça qırğınının dördüncü ildönümünü qeyd etmək və blok daxilində Avropa İttifaqı yardımının dayandırılması ilə bağlı gərginlik fonunda Ukraynaya dəstəklərini bildirmək üçün Kiyevə gəliblər.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" hesabında paylaşım edib və dəstəyə görə həmkarlarına təşəkkürünü bildirib.
"Bu səfər Ukrayna ilə həmrəyliyin əlamətidir. Kallas və bu gün Ukraynaya gələn bütün avropalı həmkarlara minnətdaram", – deyə Sibiqa yazıb.
Daha əvvəl yayılan məlumatlarda bildirilmişdi ki, K.Kallas və Avropa İttifaqının bir sıra ölkələrinin xarici işlər nazirləri Kiyevdə Aİ Şurasının qeyri-rəsmi iclasını keçirəcəklər.
