Выбрать плеер:
Filippində uşaqlar üçün Milad evi
Filippinin paytaxtı Maniladan olan bir ailə uşaqlara bayram sevinci bəxş etmək üçün evini əyləncə məkanına çevirib.
66 yaşlı ev sahibi ixtisasca rəssam olan Marci Orqano Tajon evini yüzlərlə Milad işığı və bayram fiqurları ilə bəzəyib.
Sərgi 2020-ci ildən bəri həftəsonları böyük izdiham toplayır və valideynlər uşaqlarını bu heyranedici mənzərəyə tamaşa etmək üçün gətirirlər.
Süni qar yağışının altında oynayan uşaqlar Marci nənəyə minnətdarlıqlarını bildirirlər. Ziyarətçilər deyirlər ki, sərgi ailələr üçün unudulmaz bir təəssürat yaradıb.
Скопировано
