Выбрать плеер:

Güneyli fəalların aclıq aksiyası 46-cı günə çatdı - Baku TV

11 декабря 2025 13 просмотров

Güney azərbaycanlı milli fəallar – Tahir Nəqəvi və Vədud Əsədi Tehranın Evin həbsxanasında 46 gündür aclıq aksiyası keçirirlər.

Onlar İran hakimiyyəti tərəfindən qanunsuz həbs olunduqlarını, həbsxanada hüquqlarının pozulduğunu, həmçinin rejimin müxtəlif təzyiqlərinə məruz qaldıqlarını bildirərək etiraz aksiyasını davam etdirirlər.

Məlumata görə, hər iki fəal “rejim əleyhinə fəaliyyət”, “müxalif qruplara üzvlük”, “daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq” kimi ittihamlarla mühakimə edilib. Məhkəmənin qərarı ilə Tahir Nəqəvi 5 il yarım, Vədud Əsədi isə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Tahir Nəqəvi həm də tanınmış hüquqşünas kimi Almaniyada yaşayan və 2022-ci ildə aldadılaraq İrana aparılıb həbs edilən, uzun müddət girov kimi saxlanılan və bu il azadlığa buraxılan Fərid Səfərlinin müdafiəçilərindən biri olub. Məhz bu fəaliyyətinə və Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının müdafiəsində ön cərgədə yer almasına görə onun vəkillik lisenziyası dondurulub.

Ailələr və hüquq müdafiəçiləri aclıq aksiyasının təhlükəli həddə çatdığını bildirir və beynəlxalq təşkilatları fəalların vəziyyətinə diqqət ayırmağa çağırırlar.

Скопировано
Avropada indiyədək aşkar edilmiş ən qədim ocaq izləri tapılıb

Avropada indiyədək aşkar edilmiş ən qədim ocaq izləri tapılıb

Dünya
11 декабря 2025 13 просмотров
“Taliban” “Peaky Blinders” tərzində geyinən gənclərə xəbərdarlıq edib

“Taliban” “Peaky Blinders” tərzində geyinən gənclərə xəbərdarlıq edib

Dünya
11 декабря 2025 13 просмотров
"ABŞ bu yolla Ukrayna liderinə təzyiq göstərir" | Zelenski hakimiyyətdən uzaqlaşdırılır? - Baku TV

"ABŞ bu yolla Ukrayna liderinə təzyiq göstərir" | Zelenski hakimiyyətdən uzaqlaşdırılır? - Baku TV

Dünya
11 декабря 2025 13 просмотров
ABŞ hərbçiləri neft tankerini ələ keçirdi

ABŞ hərbçiləri neft tankerini ələ keçirdi

Dünya
11 декабря 2025 13 просмотров
Kiyev və Vaşinqton Ukraynanın bərpası və sülh planını müzakirə edib

Kiyev və Vaşinqton Ukraynanın bərpası və sülh planını müzakirə edib

Dünya
11 декабря 2025 13 просмотров
Livan-İsrail sərhədində dəhşətli atışma oldu

Livan-İsrail sərhədində dəhşətli atışma oldu

Dünya
11 декабря 2025 13 просмотров
Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV

Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV

Dünya
11 декабря 2025 13 просмотров
Aİ-nin ləğvi çağırışı qitənin... | İlon Maskdan sərt açıqlama - Baku TV

Aİ-nin ləğvi çağırışı qitənin... | İlon Maskdan sərt açıqlama - Baku TV

Dünya
11 декабря 2025 13 просмотров
Sosial şəbəkədən NATO-ya qədər dağıdılan yol - Baku TV

Sosial şəbəkədən NATO-ya qədər dağıdılan yol - Baku TV

Dünya
11 декабря 2025 13 просмотров
Karabağ 2-1 Ajax

Karabağ 2-1 Ajax

Dünya
10 декабря 2025 13 просмотров
Выбранные
icon