Husilər Qırmızı dənizdə gəmilərin hərəkətinə qadağa qoyacaq
Yəməndə İranın dəstəklədiyi husilər İsrailə məxsus dəniz nəqliyyatının Qırmızı dənizdə hərəkətinə qadağa qoyacaqlarını bəyan ediblər.
Husi hərəkatının sözçüsü Yəhya Sariya bildirib ki, Yəmən Silahlı Qüvvələri işğal altında olan Yaffa bölgəsində İsrailə məxsus həssas hədəflərə raket zərbələri həyata keçirib və əməliyyat öz məqsədlərinə nail olub:
“Biz düşmən İsrailə məxsus dəniz nəqliyyatının Qırmızı dənizdə hərəkətinə tam və qəti qadağa elan edirik və bu bəyanatın verildiyi andan etibarən düşmənin bütün hərəkətlərini Silahlı Qüvvələrimiz üçün hərbi hədəf hesab edirik. Biz təsdiq edirik ki, eskalasiyaya eskalasiya ilə cavab verəcəyik və hərbi əməliyyatlarımız hadisələrə, döyüşə uyğun olaraq cihad və müqavimət oxu ilə tərəfdaşlıqda güclənəcək”.
