Выбрать плеер:
“İran da təsdiq edir ki...” | Rubiodan Xamenei ilə bağlı açıqlama
ABŞ dövlət katibi Marko Rubio İranın ali liderinin sağ olduğunu düşündüklərini açıqlayıb.
O bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bəli, bununla bağlı müəyyən məlumatlarımız var. İran tərəfi də bunu təsdiqləyir və əksini göstərən sübutlarımız yoxdur”, – deyə Rubio bildirib.
Qeyd edək ki, daha əvvəl “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən İranın ali liderinin səhhəti ilə bağlı problemlər yaşadığını və qərarların qəbulunda iştirak etmədiyini iddia etmişdi.
Скопировано
