Выбрать плеер:

İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı

01 июня 2026 99 просмотров

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail Ordusunun Livanın cənubunda əməliyyatlarını genişləndirməsinin ciddi narahatlıq doğurduğunu bildirib və tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırıb.

Bu barədə yerli media məlumat yayıb.

Alman nazir İsrail və Livanın paytaxt Vaşinqtonda davam edən danışıqlarını müsbət qiymətləndirərək, bu formatın nəticə əldə etmək üçün doğru platforma olduğunu vurğulayıb. O, İsraili və “Hizbullah”ı daha əvvəl razılaşdırılmış atəşkəs rejiminə qayıtmağa səsləyib.

"İsrail Ordusunun Livanın cənubunda daha da irəliləməsi ciddi narahatlıq doğurur", deyə Almaniyanın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, İsrail “Hizbullah”a qarşı əməliyyatlar zamanı mülki əhalinin və mülki infrastrukturun qorunmasını təmin etməlidir.

Vadeful qeyd edib ki, gərginliyin daha da artması Livandakı vəziyyəti ağırlaşdırır və yeni məcburi köçkün dalğalarına səbəb olur.

Alman diplomat hesab edir ki, Livanda sabitliyin əsas şərti dövlət institutlarının gücləndirilməsi və ölkə ərazisində silahlı qüvvələr üzərində tam nəzarətin mərkəzi hakimiyyətin əlində cəmləşməsidir.

Onun fikrincə, Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqlar münaqişənin siyasi həlli üçün ən uyğun mexanizmdir və “Hizbullah” bu sülh prosesinə mane olmamalıdır

Скопировано
ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

Dünya
16 июня 2026 99 просмотров
Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Dünya
16 июня 2026 99 просмотров
"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

Dünya
16 июня 2026 99 просмотров
Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Dünya
16 июня 2026 99 просмотров
Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Dünya
16 июня 2026 99 просмотров
“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

Dünya
16 июня 2026 99 просмотров
Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Dünya
16 июня 2026 99 просмотров
Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Dünya
16 июня 2026 99 просмотров
Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Dünya
16 июня 2026 99 просмотров
Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Dünya
16 июня 2026 99 просмотров
Выбранные
icon