Выбрать плеер:

İsrail və İranın itkiləri açıqlandı | Savaş bu ölkələri necə sarsıtdı?

23 июня 2025 451 просмотров

İran və İsrail arasındakı münaqişə hər iki ölkəyə milyardlarla dollara başa gəlir və onları iqtisadi cəhətdən zəiflədir.

İsrailin “Ynet News” xəbər agentliyinin İsrail Ordusunun Baş Qərargah rəisinin keçmiş maliyyə məsləhətçisinə istinadən iyunun 15-də verdiyi xəbərdə deyilir ki, təkcə İranla döyüşün ilk iki günü İsrailə təxminən 1,45 milyard dollara başa gəlib.

“The Wall Street Journal” yazır ki, İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollara qədər pul xərclənir. Həm zərbə vurmaq, həm də raketləri dəf etmək üçün istifadə edilən sursat və təyyarələr də hərbi əməliyyatların xərclərini xeyli artırır.

Ümumilikdə Aaron İqtisadi Siyasət İnstitutu hesab edir ki, bir ay davam edən müharibə İsrailə 12 milyard dollara başa gələ bilər.

Müharibədə İranın da itkiləri az deyil. “Əl-Cəzirə”nin məlumatına görə, Tehranın hərbi məqsədlər üçün nisbətən kiçik büdcəsi var. Media qurumunun hesablamalarına görə, İranın ÜDM-in 3-5 %-ə qədəri müdafiəyə xərclənir ki, bu da təxminən 12 milyard dollar təşkil edir.

Digər tərəfdən iyunun 22-də ABŞ-nin müharibəyə qoşularaq İranın nüvə obyektlərinə zərbələri iqtisadi vəziyyəti daha da gərginləşdirib. Belə ki, hücum getdikcə kövrəkləşən Amerika iqtisadiyyatına da təzyiqi artıra bilər.

Hücumdan sonra neft qiymətləri yanvar ayından bəri ən yüksək həddə qalxıb. İranın Hörmüz boğazını bağlaması fonunda qiymətlərin daha da artımı qaçılmazdır.

Qeyd edək ki, son günlərdə İranın neft ixracı kəskin şəkildə azalıb. İran İsrail tərəfdən raketlərlə vurulduqdan sonra bir sıra neft və qaz yataqlarında hasilatı ya tam, ya da qismən dayandırmağa məcbur olub. 

Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Bəhreyndə dəniz əməliyyatları mərkəzinin binası vuruldu

Dünya
07 марта 2026 451 просмотров
TƏCİLİ: Trampdan İranla bağlı dəhşətli hücum xəbərdarlığı - Baku TV

TƏCİLİ: Trampdan İranla bağlı dəhşətli hücum xəbərdarlığı - Baku TV

Dünya
07 марта 2026 451 просмотров
Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Okeanlarla bağlı hesablamalar səhv çıxdı

Dünya
07 марта 2026 451 просмотров
Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Raketlər işə salındı! | SEPAH yeni əməliyyata başladı | Gərginlik pik həddə! - Baku TV

Dünya
07 марта 2026 451 просмотров
Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Ərəb ölkələri İrana qarşı birləşir? | Tehranın raketləri məhv edildi - Baku TV CANLI

Dünya
07 марта 2026 451 просмотров
İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

İsraildə İranın atdığı raketdən sonra yanğın başladı

Dünya
07 марта 2026 451 просмотров
Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Yaxın Şərqdə zorakılığa son qoyulması tələb olunur

Dünya
07 марта 2026 451 просмотров
Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı

Dünya
07 марта 2026 451 просмотров
Peruda daşqın dəhşətli anlara səbəb oldu

Peruda daşqın dəhşətli anlara səbəb oldu

Dünya
07 марта 2026 451 просмотров
ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

ABŞ İranda rejim dəyişikliyi istəyir? | Rubiodan açıqlama - BAKU TV CANLI

Dünya
07 марта 2026 451 просмотров
Выбранные
icon