Выбрать плеер:
Konsert bədbəxt hadisə ilə sonlandı | Şimali Makedoniyada faciə
Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər həyatını itirib.
Bu barədə ölkənin MİA Dövlət Agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə zamanı klubda təxminən 1500 nəfərin iştirak etdiyi bir konsert keçirilirmiş.
Yanğının səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
Скопировано
