Ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri mayın 25-dən 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.
Ukrayna mediasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub. Hücum gün ərzində davam edib. Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.
"Hava Hücumundan Müdafiə sistemləri ölkənin şimalında, cənubunda və şərqində "Şahed", "Italmas" və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib", – deyə hərbçilər bildiriblər.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.
