Dünya
Выбрать плеер:
Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?
Bitkoinin qiyməti 97 min dolları keçərək yeni rekorda imza atıb.
“Binance” platformasının məlumatlarına görə, bitkoin kriptovalyutası 97 min dollar həddini keçərək 97 480 dollara çatıb. Bu, əvvəlki qiymətdən 5,93% çoxdur.
Ekspertlər hesab edirlər ki, bitkoin yaxın günlərdə 100 min dolları keçərək 300 min dollar səviyyəsinə qədər yüksələ bilər. Bununla belə, ciddi mənfi amillər olmadıqda baş verə biləcək texniki korreksiyaların da tezliklə tənzimlənməsi gözlənilir.
“AFP” yazıb ki, kriptovalyutanın dəyəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bitkoinin tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı tədbirləri təşviq edəcəyi gözləntiləri fonunda artır.
Скопировано
Выбранные