Выбрать плеер:
Müctəba Xameneidən açıqlama
"İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb".
Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.
"Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib", – deyə o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.
Müctəba Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.
Aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei də oxşar motivli paylaşımlar ediblər.
Скопировано
