Выбрать плеер:

Müharibədə baş verənlər Rusiyanı silkələdi | Hücumla bağlı təcili açıqlama - Baku TV

28 апреля 2026 40 просмотров

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı “Tuapse” neft emalı zavoduna yenidən hücum edib və nəticədə, güclü yanğın baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu haqda məlumat yayıb.

“Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində aprelin 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Krasnodar diyarındakı “Tuapse” NEZ-ə təkrar zərbə endirilib”, – deyə Baş Qərargahdan bildirilib.

Məlumata görə, pilotsuz uçuş aparatları (PUA) zavodun ərazisinə düşüb və ardınca yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Həmçinin Ukrayna hərbçiləri ilhaq olunmuş Krımda, Oxotniçye ərazisində “Ay-Petri” radiotexniki taborunun radiolokasiya stansiyasını vurublar.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu istiqamətdə intensiv iş aparılır:

“Lakin Kiyev rejiminin zərbələri nəticəsində hansı obyektlərin vurulduğu ilə bağlı məlumatlar məxfidir və biz onları ictimaiyyətə açıqlamayacağıq. Fəsadların aradan qaldırılması üçün müvafiq səviyyədə tədbirlər görülür. Ümumilikdə bu vəziyyətlə bağlı deyə biləcəyim hər şeyi artıq demişəm. Əlavə edəcək heç nəyim yoxdur”.

Ukrayna Ali Radası isə hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Xatırladaq ki, aprelin 27-də Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?

İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?

Dünya
29 апреля 2026 40 просмотров
Rusiya Nazirlər Kabineti ölkəyə daxil olan əcnəbilərlə bağlı qərarı təsdiqlədi - Baku TV CANLI

Rusiya Nazirlər Kabineti ölkəyə daxil olan əcnəbilərlə bağlı qərarı təsdiqlədi - Baku TV CANLI

Dünya
29 апреля 2026 40 просмотров
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Dünya
29 апреля 2026 40 просмотров
Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

Trampı hədələyən şəxsi 10 il həbs cəzası gözləyə bilər

Dünya
29 апреля 2026 40 просмотров
Neft bazarında gərginlik artır | Dünya neft qıtlığı ilə qarşı-qarşıya qalacaq? - Baku TV

Neft bazarında gərginlik artır | Dünya neft qıtlığı ilə qarşı-qarşıya qalacaq? - Baku TV

Dünya
29 апреля 2026 40 просмотров
İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

İranın kölgə bank sistemini SEPAH-la nə bağlayır?

Dünya
29 апреля 2026 40 просмотров
Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Livana son zərbələrdə 13 nəfər ölüb, 59 nəfər yaralanıb

Dünya
29 апреля 2026 40 просмотров
Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Qısa məzmunlu xəbərləri davamlı izləmək diqqət dağınıqlığına səbəb olur?

Dünya
29 апреля 2026 40 просмотров
Çində yaşayış xərcləri artıb

Çində yaşayış xərcləri artıb

Dünya
29 апреля 2026 40 просмотров
Tramp Almaniya Kanslerini tənqid etdi

Tramp Almaniya Kanslerini tənqid etdi

Dünya
29 апреля 2026 40 просмотров
Выбранные
icon