"Nüvə obyektlərinə hücum ekoloji problemlərə səbəb ola bilər" | Əraqçi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
A.Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.
O, məktubda qeyd edib ki, ABŞ və İsrailin İranın nüvə oyektlərinə hücumları ağır humanitar və ekoloji nəticələrə səbəb ola bilər.
Bu arada ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirməsi nəticəsində 5 nəfər ölüb, 170 nəfər xəsarət alıb.
Qeyd edək ki, Mahşəhr İranın cənub-qərbində, Xuzistan əyalətində yerləşən mühüm liman və sənaye şəhəridir. Regionun isə ən böyük neft-kimya mərkəzlərindən biridir. Burada neft-kimya kompleksi və xüsusi iqtisadi zonalar yerləşir. Şəhər Fars körfəzinin sahilində strateji dəniz limanına malikdir.
Тег #Nüvə obyektləri используется
- İran ABŞ və İsraildən təzminat tələb edib
- "Yaxın Şərqdəki müharibə elə həddə çatıb ki..." | ÜST-dən dünya ölkələrinə xəbərdarlıq - Baku TV
- Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya
- İranda ehtimal olunan 20 məkan araşdırılıb | Nüvə obyektlərində son vəziyyət - Baku TV
- Xamenei Trampa söz atdı | İrandakı nüvə obyektləri tamamilə məhv edilməyib?
