"Black Hawk" helikopterləri İran tayfaları tərəfindən vuruldu
İran Ordusu ABŞ-nin regiondakı hərbi bazalarına pilotsuz uçuş aparatları ilə hücum edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun 55 nömrəli bəyanatında qeyd olunub.
"ABŞ Ordusunun bölgədəki raket və döyüş PUA-larını aşkarlayan radar sistemi, Birləşmiş Ərəb Əmirliklərindəki alüminium zavodu, eləcə də ABŞ-nin Küveytdəki mexanikləşdirilmiş, zirehli və helikopter taborlarının komandanlıq qərargahı "Arash 2" dronlarının hədəfinə çevirilib", – deyə bəyanatda vurğulanıb.
Bildirilib ki, İran ABŞ-nin bölgədəki bazalarına hücumları davam etdirəcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında həmçinin ABŞ-nin iki "Black Hawk" helikopterinin İranın dağlıq ərazisində yaşayan tayfalar tərəfindən vurulması qeyd olunub.
Bu arada ABŞ növbəti mərhələdə gizli xüsusiyyətlərə malik JASSM-ER qanadlı raketlərinin, demək olar ki, bütün arsenalını işə salmağı planlaşdırır. Bu addım Vaşinqtonun İrana qarşı hərbi kampaniyasının növbəti mərhələsi çərçivəsində nəzərdə tutulur.
Тег #ABŞ-İran müharibəsi используется
- İranla bağlı peyk görüntüləri gizlədilir | ABŞ-nin tələbləri yerinə yetirildi - Baku TV
- Hava vasitələri vuruldu | Trampın açıqlamasına cavab gecikmədi - Baku TV
- ABŞ XTQ-si xüsusi əməliyyat keçirib
- SEPAH ABŞ helikopterlərini vuranlara təşəkkür etdi - Baku TV
- SEPAH ABŞ helikopterlərini vuranlara təşəkkür etdi - Baku TV CANLI
