ABŞ XTQ-si xüsusi əməliyyat keçirib
İslam İnqilabı Keşikçiləri Korpusu İran səmasında daha bir "MQ-9" hərbi pilotsuz uçuş aparatını vurub.
Bu barədə "Fars" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, PUA İsfahan əyaləti üzərində zərərsizləşdirilib. Pilotsuz təyyarənin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Bu arada ABŞ Prezidenti Donald Tramp İran səmasında vurulan Amerikanın "F-15" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib. O bu barədə "Truth Social"da paylaşım edib.
"Yaralandı, amma hər şey yaxşı olacaq. Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam", – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib.
Тег #Donald Tramp используется
- Hava vasitələri vuruldu | Trampın açıqlamasına cavab gecikmədi - Baku TV
- Trampdan İrana sərt xəbərdarlıq | "Vaxt bitmək üzrədir" - Baku TV
- Donald Tramp Tehrana sonuncu xəbərdarlığını etdi - ANA XƏBƏR
- Tramp komandasında istefalar niyə artır? - 24 SAAT
- Kris Merfi Trampın İran siyasətini kəskin tənqid etdi
