Выбрать плеер:

Pentaqon İranda quru əməliyyatlarına hazırlaşır? - Baku TV

29 марта 2026 69 просмотров

Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlarına hazırlaşır.

Bu barədə "The Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

D.Tramp Administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib və həmçinin ABŞ Ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə ezam etməyi planlaşdırır.

Vurğulanıb ki, Pentaqon İranda məhdud quru əməliyyatları üçün variantları araşdırır.

Qeyd olunub ki, D.Tramp Administrasiyası İranın ən böyük neft terminalının yerləşdiyi Xarq adasının ələ keçirilməsi və Hörmüz boğazının sahil zonasına basqınlar da daxil olmaqla müxtəlif mümkün ssenariləri müzakirə edir. Buraya həmçinin kommersiya və hərbi gəmilərə hücum etmək üçün istifadə edilə bilən və gəmiçilik üçün təhlükə yarada biləcək silahların axtarışı və məhv edilməsi daxildir.

Nəşrin məlumatına görə, mənbələr bu cür əməliyyatların ehtimal olunan müddəti ilə bağlı fikir ayrılığına malikdir. Bir mənbə təyin olunmuş tapşırıqların yerinə yetirilməsinin bir neçə həftə, digəri isə bir neçə ay davam edə biləcəyini düşünür.

Lakin ABŞ Prezidenti Donald Tramp hələlik bu cür planların həyata keçirilməsini təsdiqləməyib və Amerika qoşunlarının İrana yerləşdirilməsi ilə bağlı qərarın verilib-verilməyəcəyi hələ də məlum deyil.

Скопировано
Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Dünya
01 апреля 2026 69 просмотров
“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

Dünya
01 апреля 2026 69 просмотров
Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Dünya
01 апреля 2026 69 просмотров
“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

Dünya
01 апреля 2026 69 просмотров
Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Dünya
01 апреля 2026 69 просмотров
Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Dünya
01 апреля 2026 69 просмотров
Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Dünya
01 апреля 2026 69 просмотров
“Ordu elə müharibə üçün var” | Lukaşenkodan açıq mesaj - Baku TV CANLI

“Ordu elə müharibə üçün var” | Lukaşenkodan açıq mesaj - Baku TV CANLI

Dünya
01 апреля 2026 69 просмотров
Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Dünya
01 апреля 2026 69 просмотров
Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?

Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?

Dünya
01 апреля 2026 69 просмотров
Выбранные
icon