Rusiya və ABŞ liderlərinin diqqətçəkən telefon danışığı
Rusiya Prezidenti Vladimir Putin aprelin 29-da amerikalı həmkarı Donald Trampla telefon danışığından istifadə edərək, Ukrayna ilə bağlı məqsədlərindən imtina etməyəcəyini təsdiqləyib və ölkəsinin qələbəsini qaçılmaz kimi təqdim etməyə çalışıb.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Mənbə bildirib ki, Putin zəng etdiyi Trampa Ukraynanın müdafiəsinin zəifləyirmiş kimi göstərməyə cəhd edib. Amma ISW-nin fikrincə, Ukrayna Ordusu Rusiyanın 2026-cı ilin yaz-yay hücumunu zəiflədərək, cəbhə xətti boyunca qarşı tərəfin qüvvələrinin irəliləyişini böyük ölçüdə ləngidib.
Rusiya və ABŞ liderlərinin telefon danışığı 1,5 saat davam edib. Putin Trampa müharibənin gedişi barədə məlumat verərək iddia edib ki, Rusiya strateji təşəbbüsü əlində saxlayır və Ukraynanı mövqelərindən geri çəkilməyə məcbur edir. Həmçinin o, məqsədlərinə istənilən halda çatacağını deyib, amma buna diplomatik yolla nail olmağa üstünlük verdiyini sözlərinə əlavə edib.
Analitiklər hesab edirlər ki, Kreml Ukraynanı sülh danışıqlarında güzəştə getməyən tərəf kimi göstərməyə çalışır, halbuki Rusiyanın özü ciddi güzəştlər təklif etmir.
ABŞ institutuna görə, Vladimir Putinin Ukraynanın müdafiəsinin çökməsi və Rusiyanın qələbəsinin qaçılmaz olması ilə bağlı iddiaları reallığı əks etdirmir. Ukrayna qüvvələri xüsusilə Donetsk vilayətində Rusiya Ordusunun irəliləyişini məhdudlaşdırmaqda davam edir və ona ciddi itkilər yaşadır.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiyada müharibənin təsirləri getdikcə daha çox hiss olunur: iqtisadiyyat çətinliklərlə üzləşir, itkilər artır, yeni hərbçilərin cəlb olunması çətinləşir. Kreml bu problemləri azaltmaq üçün Avropa və ABŞ Prezidentini Ukraynanı kapitulyasiyaya məcbur etməyə inandırmağa çalışır, bununla yanaşı öz hərbi-iqtisadi uğursuzluqlarını gizlətməyə cəhd edir.
Тег #Vladimir Putin используется
- Putin prezident seçkilərində Kadırovu dəstəklədiyini ifadə etdi
- Rusiya və ABŞ liderləri telefon danışığında hansı məqamları müzakirə etdi? - Baku TV CANLI
- Trampdan gözlənilməz açıqlama: Putin ona nə təklif edib? | "Ukrayna uduzdu, amma..." - Baku TV
- Putindən Kiyevə mesaj | Ukraynadan sarsıdıcı hücum | Evlər niyə sürətlə bahalaşır? - YENİ BİR SƏHƏR
- Rusiya və ABŞ lideri arasında telefon danışığı olub
