Выбрать плеер:

Rusiyanın xam neft ixracı rekord həddə yaxınlaşıb

24 декабря 2025 40 просмотров

Dekabr ayında Rusiyanın xam neftinin dəniz yolu ilə ixracı son iki il yarımın ən yüksək səviyyəsinə yüksəlib. Gündəlik ixrac həcmi 4,04 milyon barelə çatıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, dekabrın sonuna doğru xam neft tədarükü əhəmiyyətli dərəcədə artaraq 2023-cü ilin may ayındakı rekord göstəriciyə yaxınlaşıb. Son dörd həftə üzrə orta sutkalıq ixrac həcmi 3,87 milyon barel səviyyəsində qeydə alınıb.

Bildirilib ki, Böyük Britaniyanın Rusiyanın aparıcı neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, dəniz daşımalarının həcmi sabit artım dinamikasını qoruyur.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin enerji sektoruna təzyiqlərini şərh edərək sanksiyaların münasibətlərin normallaşmasına zərər vurduğunu bildirmişdi. İxracın artması fonunda dənizdə yığılan neft ehtiyatlarının həcmi də yüksəlib. Avqustun sonundan etibarən tankerlərdəki neft ehtiyatları 48 faiz artaraq 185 milyon barelə çatıb.

Məlumata görə, Hindistan və Çin sahilləri yaxınlığında neft tankerlərinin boşaldılmasını gözləyən gəmilərin sayı artıb. Bu vəziyyət logistika çətinlikləri və Qərb tənzimləyicilərinin nəzarəti gücləndirməsi ilə izah olunur.

Скопировано
ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu

ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu

Dünya
25 декабря 2025 40 просмотров
Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Dünya
25 декабря 2025 40 просмотров
Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Dünya
25 декабря 2025 40 просмотров
Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Dünya
25 декабря 2025 40 просмотров
Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Dünya
25 декабря 2025 40 просмотров
Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Dünya
25 декабря 2025 40 просмотров
Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

Dünya
25 декабря 2025 40 просмотров
80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

Dünya
25 декабря 2025 40 просмотров
Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Dünya
25 декабря 2025 40 просмотров
Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Dünya
25 декабря 2025 40 просмотров
Выбранные
icon