Выбрать плеер:

Rüstəm Umerov Hakan Fidan və İbrahim Kalınla görüşüb | Kiyevin səyləri nəticə verəcəkmi? - Baku TV

02 января 2026 90 просмотров

Ukrayna 2026-cı ildə Rusiya ilə əsir mübadiləsini bərpa etmək üçün səylər göstərir. Bu məsələ Türkiyədə aparılan danışıqların əsas mövzusu olub.

Bu barədə Ukrayna lideri Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

"Bu gün Rüstəm Umerov Türkiyədə görüşlər keçirdi – əvvəlcə Xarici İşlər Nazirliyi, sonra isə kəşfiyyatla. Biz yeni ildə mübadilələri bərpa etməyə çox çalışırıq, məhz bu məsələ Türkiyə ilə söhbətin əsas mövzusudur. Bizə bu dəstək lazımdır ki, vətəndaşlarımızı Rusiya əsirliyindən evə qaytara bilək. Ötən il mübadilələr fəal idi, ilin sonunda təəssüf ki, dayandı, indi isə bərpa olunmalıdır", – deyə paylaşımda qeyd olunub.

Zelenski əlavə edib ki, Rüstəm Umerov hər gün ABŞ və Avropa danışıqlar aparıcıları ilə təmas saxlayır:

"Biz formatlar hazırlayırıq, mühüm görüşlərə hazırlaşırıq. 3 yanvar Ukraynada milli təhlükəsizlik məsələləri üzrə müşavirlərin görüşü olacaq. Bu, Ukraynada sülh məsələləri üzrə ilk belə görüşdür. 15 ölkə təsdiqləyib, üstəlik, Avropa strukturlarının və NATO-nun nümayəndələri də iştirak edəcək".

O həmçinin bildirib ki, 5 yanvarda bir sıra ölkələrin Baş Qərargah rəislərinin görüşü keçiriləcək, 6 yanvarda isə "istəklilər koalisiyası" liderlərinin sammiti baş tutacaq. Zelenski bu görüşlərin əsas məqsədinin Ukrayna üçün hərtərəfli təhlükəsizlik təminatlarının tam işlənməsi olduğunu vurğulayıb.

Qeyd edək ki, 1 yanvarda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.

Скопировано
İranın 185 şəhərində etiraz aksiyaları keçirilir - Baku TV

İranın 185 şəhərində etiraz aksiyaları keçirilir - Baku TV

Dünya
11 января 2026 90 просмотров
24 yaşlı gənc altı nəfəri güllələyərək öldürüb

24 yaşlı gənc altı nəfəri güllələyərək öldürüb

Dünya
11 января 2026 90 просмотров
Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb?

Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb?

Dünya
11 января 2026 90 просмотров
ABŞ və İordaniya qırıcıları havaya qaldırdı

ABŞ və İordaniya qırıcıları havaya qaldırdı

Dünya
11 января 2026 90 просмотров
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb

Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb

Dünya
11 января 2026 90 просмотров
Pxenyandan Tokioya xəbərdarlıq

Pxenyandan Tokioya xəbərdarlıq

Dünya
11 января 2026 90 просмотров
Fermerlərin Aİ-Mercosur sazişinə etirazı

Fermerlərin Aİ-Mercosur sazişinə etirazı

Dünya
11 января 2026 90 просмотров
Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Dünya
11 января 2026 90 просмотров
Böyük Britaniyanın müdafiə nazirindən gözlənilməz açıqlama - Baku TV CANLI

Böyük Britaniyanın müdafiə nazirindən gözlənilməz açıqlama - Baku TV CANLI

Dünya
11 января 2026 90 просмотров
Venesuela XİN-dən ABŞ ilə bağlı açıqlama - Baku TV

Venesuela XİN-dən ABŞ ilə bağlı açıqlama - Baku TV

Dünya
11 января 2026 90 просмотров
Выбранные
icon