Выбрать плеер:

Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi

27 марта 2026 64 просмотров

Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.

Bu barədə Malaziya mediası məlumat yayıb.

"Hazırda Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasında iştirak edən heyətlər evlərinə qayıda bilsinlər", deyə qəzet İbrahimin televiziya müraciətindən sitat gətirib.

Baş nazir həmçinin İran Prezidenti Məsud Pezeşkiana tankerlərin buraxılmasına icazə verdiyinə görə təşəkkür edib.

O bildirib ki, digər liderlərlə aparılan danışıqlar Yaxın Şərqdəki münaqişənin həlli yollarının tapılmasına yönəlib.

"Lakin bu, asan deyil, çünki İran hesab edir ki, dəfələrlə aldadılıb. Ölkəsi üçün aydın və icrası məcburi təhlükəsizlik zəmanətləri olmadan sülh istiqamətində addımlar atmaq onun üçün çətindir", deyə Baş nazir vurğulayıb.

A.İbrahim qeyd edib ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft və qaz tədarükündə yaranan fasilələrin nəticələrini azaltmaq üçün tədbirlər görür.

Скопировано
Kir Starmer ölkəsinə görə narahatdır

Kir Starmer ölkəsinə görə narahatdır

Dünya
01 апреля 2026 64 просмотров
“Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer

“Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer

Dünya
01 апреля 2026 64 просмотров
Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”

Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”

Dünya
01 апреля 2026 64 просмотров
Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Dünya
01 апреля 2026 64 просмотров
“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

Dünya
01 апреля 2026 64 просмотров
Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

Dünya
01 апреля 2026 64 просмотров
“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

Dünya
01 апреля 2026 64 просмотров
Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Dünya
01 апреля 2026 64 просмотров
Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Dünya
01 апреля 2026 64 просмотров
Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Dünya
01 апреля 2026 64 просмотров
Выбранные
icon