Tramp danışıqlardan narazıdır?
“İranın nüvə silahı ola bilməz”. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən İranla bağlı hələ qərar verməmişəm. Onların danışıq aparmaq tərzindən razı deyiləm. Növbəti danışıqlar cümə günü keçiriləcək. İranda rejim dəyişikliyi baş verə və ya verməyə bilər”, – deyə ABŞ Prezidenti bildirib.
O həmçinin qeyd edib ki, Vaşinqton danışıqlarda tələsmir.
Xatırladaq ki, ABŞ və İran arasında görüş fevralın 26-da Cenevrədə keçirilib. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfindən isə Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. ABŞ nümayəndə heyəti rəsmi açıqlama verməsə də, bəzi mənbələr görüşləri müsbət qiymətləndirib. Bununla belə, danışıqlar yekun razılaşma olmadan başa çatıb. Bölgədə isə vəziyyət gərgin olaraq qalır. Razılaşma əldə olunmayacağı təqdirdə ABŞ hərbi addım atacağı barədə dəfələrlə İran tərəfinə xəbərdarlıq edib.
Тег #Donald Tramp используется
- "ABŞ cəmiyyəti buna görə iki hissəyə bölünüb" | Trampın bundan sonrakı qərarı nə olacaq? - Baku TV
- Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI
- Trampdan İrana qarşı hərbi əməliyyatlar barədə sensasiya
- ABŞ İrana qarşı geri addım atır? | Trampdan sensasiyalı açıqlama - Baku TV
- İranda 7 mindən çox hədəfə zərbə endirilib - Baku TV
