Trampın prezidentliyi Avropa liderlərinin illüziyalarını dağıdıb

24 декабря 2025 57 просмотров

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili Avropa liderlərinin Vaşinqtonla bağlı son illərdə formalaşdırdığı bütün illüziyaları dağıdıb.

“Politico” nəşrinin ekspertlərə istinadən yazdığı məqalədə Avropada artıq Trampın idarə oluna bilən və ya nəzarətdə saxlanıla bilən siyasətçi olduğu fikrinin qalmadığı bildirilir.

Qəzetin qiymətləndirməsinə görə, Trampın Avropa İttifaqına qarşı sərt ritorikası, müttəfiqlərə yönələn təhdidləri və Rusiya lideri Vladimir Putinlə yaxınlaşması Aİ daxilində parçalanmanı dərinləşdirib və transatlantik alyansı zəiflədib.

Məqalədə qeyd olunur ki, bu proseslər fonunda Ukraynanın gələcəyi 2026-cı il ərəfəsində qeyri-müəyyən olaraq qalır. Avropa ölkələri isə öz təhlükəsizlikləri barədə daha çox düşünməyə başlayıblar. Xüsusilə Putinin ambisiyalarının Ukrayna ilə məhdudlaşmaya biləcəyi ehtimalları narahatlıq doğurur.

“Politico” yazır ki, Avropa İttifaqı vəziyyətə qismən uyğunlaşmağa çalışıb. Aİ ABŞ-nin yeni gömrük rüsumları ilə razılaşıb, NATO çərçivəsində müdafiə xərclərini artıracağına söz verib və Ukraynaya 90 milyard dollar məbləğində kredit ayrılması barədə razılıq əldə edib. Tramp isə Avropanın bu yardımın maliyyə yükünü öz üzərinə götürəcəyi şərti ilə Kiyevə hərbi dəstəyin davam etdirilməsinə razılıq verib.

Bununla yanaşı, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında Avropanın siyasi mərkəzi açıq şəkildə “etibarsız müttəfiq” kimi təqdim olunur. Məqalədə xatırladılır ki, Tramp Aİ ölkələrində seçkilərə mümkün müdaxilə ehtimalını da istisna etməyib və Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək istəyi barədə yenidən danışıb.

Ekspertlərin qənaətinə görə, 2026-cı ilə doğru Avropa “ən pis ssenarilərə hazırlaşmalı” olacaq. Onların fikrincə, ABŞ və Avropa İttifaqının strateji maraqları getdikcə daha açıq şəkildə bir-birindən uzaqlaşır.  

Скопировано
İranda hakimiyyət daxilindəki çatlar böyüyür - Baku TV

İranda hakimiyyət daxilindəki çatlar böyüyür - Baku TV

Dünya
24 декабря 2025 57 просмотров
Rusiyada raket yanacağı zavodu və dəniz dronları bazası vuruldu

Rusiyada raket yanacağı zavodu və dəniz dronları bazası vuruldu

Dünya
24 декабря 2025 57 просмотров
İsrailin mövqeyinə ABŞ-dən reaksiya

İsrailin mövqeyinə ABŞ-dən reaksiya

Dünya
24 декабря 2025 57 просмотров
Rusiyanın “Proyekt” portalının jurnalisti “Peşə - jurnalist” mükafatını almaqdan imtina edib

Rusiyanın “Proyekt” portalının jurnalisti “Peşə - jurnalist” mükafatını almaqdan imtina edib

Dünya
24 декабря 2025 57 просмотров
“Dövlətlərin suverenliyini məhdudlaşdırır, amma...” | Orbandan Aİ barədə xəbərdarlıq

“Dövlətlərin suverenliyini məhdudlaşdırır, amma...” | Orbandan Aİ barədə xəbərdarlıq

Dünya
24 декабря 2025 57 просмотров
Zelenski danışıqlar zamanı Donbasla bağlı nə planlaşdırıldığını açıqladı

Zelenski danışıqlar zamanı Donbasla bağlı nə planlaşdırıldığını açıqladı

Dünya
24 декабря 2025 57 просмотров
ABŞ-də dəhşətli partlayış | Ölənlər və itkin düşənlər var

ABŞ-də dəhşətli partlayış | Ölənlər və itkin düşənlər var

Dünya
24 декабря 2025 57 просмотров
Qəzada ölənlər türkiyəli həmkarları ilə nələri müzakirə etmişdilər? - Baku TV

Qəzada ölənlər türkiyəli həmkarları ilə nələri müzakirə etmişdilər? - Baku TV

Dünya
24 декабря 2025 57 просмотров
Trampın nümayəndəsi Lukaşenkoya bu arıqlama dərmanını təklif edib

Trampın nümayəndəsi Lukaşenkoya bu arıqlama dərmanını təklif edib

Dünya
24 декабря 2025 57 просмотров
Yəhudi icmasına qarşı terror hücumu planlaşdıranlar kimlərdir?

Yəhudi icmasına qarşı terror hücumu planlaşdıranlar kimlərdir?

Dünya
24 декабря 2025 57 просмотров
Выбранные
icon