Vaşinqtonun müdaxilə iddiaları | İran daxili sabitliyi qorumaq üçün tədbirlər görür - Baku TV
Hazırda ABŞ və İran arasında heç bir danışıqlar, yaxud müzakirələr aparılmır və planlaşdırılmır.
Bu barədə "Al Jazeera Arabic" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası əvvəlki kimi qüvvədədir, bununla belə Hörmüz boğazı açıqdır.
Qeyd edək ki, Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir ABŞ ilə danışıqların bərpası üçün İranda səfərdə olub və Tehran Hörmüz boğazı ilə bağlı şərtlərini ona təqdim edib.
"ABŞ və İsrail İranın daxilində iğtişaşlar yaratmaq üçün İslam Respublikasında iqtisadi etirazların artmasını istəyir". Bunu isə İran Prezidenti Məsud Pezeşkian deyib.
"Düşmənlər anlayıblar ki, hərbi yolla İran xalqını təslim və ya məğlub edə bilməyəcəklər, məhz buna görə də sosial problemlər, iqtisadi narazılıqlar yaratmağı hədəfə alıblar ki, bu yolla İranı iğtişaşlara sürükləsinlər", – deyə o əlavə edib.
Pezeşkianın fikrincə, iqtisadi təzyiq ABŞ-nin İranı təslim olmağa məcbur etmək üçün əsas strategiyalarından biridir:
"Lakin problemlər qarşısında geri çəkilib təslim olmalıyıqmı? Qətiyyən xeyr. Mənim və dövlət rəsmilərinin bütün səyi həmrəyliyi qoruyub saxlamaqdır. Hər birimiz cəmiyyətin bütün fərdlərinin iştirakı ilə bölgəmizi və ölkəmizi abadlaşdıracağıq".
