Выбрать плеер:

“Yaşıl kürələr”, “Uçan disklər” və “Alov topları” nədən xəbər verir?

23 мая 2026 128 просмотров

ABŞ Müharibə Nazirliyi naməlum uçan obyektlərlə bağlı əvvəllər məxfi saxlanılan sənədlərin ikinci hissəsini yayımlayıb.

Sənədlərdə “yaşıl kürələr”, “uçan disklər” və “alov topları” kimi izahı verilməyən obyektlərlə bağlı məlumatlar yer alıb.

Sənədlərin açıqlanması barədə qərar ABŞ Prezidenti Donald Trump tərəfindən verilib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ müharibə naziri Pit Heqset bildirib ki, “naməlum anomal hadisələr” adlandırılan obyektlərlə bağlı sənədlər, fotoşəkillər və videolar uzun illərdir müxtəlif fərziyyələrə səbəb olurdu.

“Amerika xalqının bunları öz gözləri ilə görməsinin vaxtıdır”, deyə Heqset açıqlamasında bildirib.

Yayımlanan 222 sənəddən biri 1948-1950-ci illərdə ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən yüksək məxfilikli obyekt ətrafında qeydə alınmış müşahidələr və araşdırmalarla bağlı 116 səhifəlik materialdan ibarətdir.

ABŞ Müharibə Nazirliyinin məlumatına görə, həmin sənəddə hərbi baza yaxınlığında müşahidə olunan “yaşıl kürələr”, “disklər” və “alov topları” ilə bağlı 209 hadisə qeyd olunub.

Ekspertlər bildirirlər ki, ilk açıqlanan sənədlər bəzi məlum müşahidələrin yeni videolarını təqdim etsə də, yadplanetlərin və ya yer kürəsindən kənarda həyatın mövcudluğunu təsdiqləyən qəti sübut ortaya qoymayıb.

Qeyd edək ki, UNO hesabatlarının ictimaiyyətə təqdim olunması prosesi ilk dəfə 1970-ci illərin sonlarında başlayıb və Tramp bu addımı davam etdirən növbəti prezident olub.

Скопировано
ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

Dünya
16 июня 2026 128 просмотров
Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Dünya
16 июня 2026 128 просмотров
"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

Dünya
16 июня 2026 128 просмотров
Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Dünya
16 июня 2026 128 просмотров
Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Dünya
16 июня 2026 128 просмотров
“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

Dünya
16 июня 2026 128 просмотров
Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Dünya
16 июня 2026 128 просмотров
Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Dünya
16 июня 2026 128 просмотров
Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Dünya
16 июня 2026 128 просмотров
Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Livanın suverenliyinə müdaxiləyə icazə verilməyəcək

Dünya
16 июня 2026 128 просмотров
Выбранные
icon