Выбрать плеер:
Ağdərədə mina partlayışında xəsarətalanların vəziyyəti açıqlandı - Baku TV
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Partlayış zamanı digər əməkdaş, 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Bildirilir ki, hazırda onların vəziyyəti qənaətbəxşdir.
Скопировано
