Выбрать плеер:
Ağsuda aptekdəki oğurluq anı kameralara belə düşdü
Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Скопировано
